ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FENOL VƏ ONUN TÖRƏMƏLƏRİ İLƏ PROPİLEN OKSİDİNİN OLİQOMERLƏŞMƏ MƏHSULLARININ YAĞLARDA MİKROORQANİZMLƏRƏ QARŞI AŞQAR KİMİ TƏDQİQİ
N.M..Seyidov, M.N.Əmiraslanova, P.Ş.Məmmədova, D.M.Quliyeva, R.Ə.Rüstəmov

 

Məqalədə fenol və onun bəzi törəmələrinin azotlu birləşmə – benzoquanamin iştirakında propilen oksidi ilə oliqomerləşmə reaksiyası  tədqiq  olunmuşdur. Müxtəlif  komponent  tərkibli oliqomerlərin alınması prosesində propilen oksidinin konversiyası və son məhsulun çıxımı ilə yanaşı bəzi fiziki-kimyəvi göstəriciləri də öz əksini tapmışdır. Oliqomerlərin ehtimal olunan quruluşu ifadə olun­muş­dur. Sintez məhsullarının İ-40 markalı sənaye yağında aşqar kimi iştirakında bakteriya və kif gö­bə­ləkləri qarışığının məhvolma zonası təyin edilmiş, etalon nümunə 8-oksixinolinin göstərdiyi nə­ticə ilə mü­qayisə edilmişdir. Azotlu oliqomerlərin bakterisid və fungisid kimi effektli olması aşkar  edilmişdir

Açar sözlər : fenol, monoalkil(C8–C12)fenollar, propilenoksid, oliqomerləşmə, yağlar, mikroorqanizmlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı