Мüxtəlif sinif birləşmələrin heterogen oksidləşmə və oksidləşdirici ammonolizlərindən o-ftal turşu imidinin əmələ gəlmə xüsusiyyətləri analiz edilmiş və ümumiləşdirilmişdir. Göstərilmişdir ki, ftalimid istifadə olunan ilkin üzvi maddədən asılı olaraq reaksiyanın həm əsas, həm də əlavə məhsulu kimi alınır. Мüəyyən edilmişdir ki, imid tsiklinin əmələ gəlməsi oksidləşmə zamanı ilkin maddədə azot saxlayan qrupun və ya heteroatomun – azotun olması, oksidləşdirici ammonoliz zamanı isə müxtəlif növ reaksiyaların – oksidləşmə və ammonolizin bir prosesdə birləşməsi ilə bağlıdır. Bütün hallarda imidin azotlu heterotsiklinin formalaşması reaksiyanın aralıq mərhələlərində ilkin o-ksilol və ya ona yaxın quruluşdan bilavasitə əmələ gələn oksigenli səth birləşmənin molekuldaxili tsiklləşməsinə görə baş verir
