ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
IZOBUTANIN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏ PROSESİNDƏ DAŞIYICILARIN V–Sb OKSİD SİSTEMLƏRİNİN KATALİTİK XÜSUSIYYƏTLƏRINƏ TƏSIRI
N.T.Şəmilov

 

V0.9Sb0.1Ox sistemləri izobutanın oksidləşdirici dehidrogenləşmə (ODH) prosesində müxtəlif daşıyıcıların üzərinə çəkilməklə  (5 növ – γ-Al2O3, α-Al2O3, kvars, silikagel, magnezium oksid) öyrənilmişdir. V–Sb oksidlərinin katalitik təsirinin daşıyıcılardan və onların təbiətindən asılılığının γ-Al2O3 > α-Al2O3 > Si–Al–O > SiO2 ≈ MgO>>daşıyıcısız ardıcıllığı ilə dəyişdiyi göstərilmişdir. Göstərilmişdir ki, V–Sb–O ilə yüklənmənin dəyişməsinin, öyrənilən diapazon çərçivəsində (0.5–2 nəzəri monotəbəqə) katalizatorun seçiciliyinə və aktivliyinə təsiri cüzidir. Müəyyən edilmişdir ki, V0.9Sb0.1Ox/γ-Al2O3 sisteminin daha yaxşı katalitik təsiri, daşıyıcı və hopdurulmuş komponentlərin səthləri arasında  optimal qarşılıqlı təsirin olması ilə  izah olunur

Açar sözlər :
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
- PROPANIN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİ REAKSİYASINDA V-SB-O/AL2O3 OKSİD ƏSASLI SİSTEMLƏRİN SƏTH MORFOLOGİYASI, FAZA TƏRKİBİ VƏ KATALİTİK XASSƏLƏRİA.M.Sərdarlı, A.İ.Rüstəmova, F.S.İbrahimova, A.N.Məmmədov, F.V.Yusubov, E.H.İsmailov, D.B.Tağıyev
- İON MAYELƏRİ DİZEL YANACAĞININ EKOLOJİ XASSƏLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏN BİRLƏŞMƏLƏRİN EKSTRAGENTİ KİMİM.C.İbrahimova, S.A.Seyidova, S.Q.Əliyeva, H.C.Hüseynov, X.Ə.Abdullayeva, F.Y.YusifzadəDavamı