ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALLİL- VƏ VİNİL ASETİLSALİSİLATLARIN MALEİN ANHİDRİDİ İLƏ SOPOLİMERLƏŞMƏ REAKSİYALARININ TƏDQİQİ
N.Ş.Rəsulzadə, A.H.Əzizov, G.M.Səfərova, N.Ş.Rəsulov

 

Salisil turşusunun allil və vinil efirlərinin malein anhidridi ilə sopolimerləşmə reaksiyaları tədqiq edil­­­miş­dir. Göstərilmişdir ki, sopolimerləşən monomer cütləri yükün ötürülməsi ilə kompleks əmələ gə­­ti­­rir ki, həmin komplekslər asanlıqla polimerləşmə reaksiyalarına daxil olaraq növbəli quruluşlu mak­­romolekullar əmələ gətirir. Monomer cütləri arasında yaranan kompleksin tarazlıq sabitləri PMR spektrlərin köməyilə təyin olunmuşdur: Alasp…MA cütü üçün Kc=0.097 və Vasp…MA cütü üçün isə Kc=0.028. Xromotoqrafik üsulla – Jaaks tənliyinin köməyilə monomerlərin nisbi aktivlikləri tə­­­yin edilmişdir. Alasp−MA somonomerləri üçün г1= 0.022, г2= 0.038 və Vasp−MA somonomerləri üçün isə г1=0.036, г2=0.028-dir. Sopolimerləşmə reaksiyalarında hər iki halda monomerin nisbi ak­tiv­lik­ləri­nin sıfıra yaxın olması həmin monomer cütlərinin sopolimerləşməyə meyilli olduğunu sü­but edir. Vasp və MA-nın sopolimerləşməsi reaksiyalarında monomer cütlərinin nisbətinin və mo­no­mer­lə­rin ümumi qatılığının reaksiyanın başlanğıc sürətinə təsiri öyrənilmişdir. İlkin monomerlərin ekvimolyar nisbətlərində w maksimum qiymətlərində  müxtəlif ümumi qatılıqlarında sopolimerləşmənin başlanğıc sürətinin MA-nın tərkibindən asılılığı əyrilərinin ekstremal xarakteri zəncirin böyüməsinin həm sərbəst monomerlərin, həm də monomer-kompleksin iş­­ti­rakı ilə baş verdiyini sübut edir.

 

Açar sözlər : allilasetilsalisil efiri, vinilasitilsalisil efiri, sopolimerləşmə, sopolimerləşmə sürəti, yü­kün ötürülməsilə yara­nan kompleks
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı