Cu8GeS6–Ag8GeS6 SİSTEMİNDƏ FAZA TARAZLIQLARI VƏ BƏRK MƏHLULLARIN BƏZİ XASSƏLƏRİ
DTA və RFA üsulları ilə, həmçinin Cu4RbCl3I2 bərk elektrolitli qatılıq dövrələrinin EHQ-nin ölçülməsi ilə Cu8GeS6–Ag8GeS6 sistemində faza tarazlıqları tədqiq edilmişdir. Sistemin faza diaqramı və muvafiq "tərkib-xassə" diaqramları qurulmuşdur. Göstərilmişdir ki, sistemdə ilkin birləşmələrin yüksək temperaturlu kubik quruluşlu modifikasiyaları arasında fasiləsiz bərk məhlullar əmələ gəlir. Bərk məhlulların əmələgəlməsi hər iki ilkin birləşmənin polimorf çevrilmə temperaturunu azaldır.
Açar sözlər : mis-germanium sulfidləri, gümüş-germanium sulfidləri, faza tarazlıqları, bərk məhlullar, polimorf çevrilmə
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)