ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QIRMIZI ŞLAM ƏSASINDA KONTAKT KÜTLƏLƏRİN İŞLƏNMƏSİ VƏ ONLARIN XASSƏLƏRİNİN TƏDQİQİ
S.T.Cəfərova, Y.B.Qəhramanova , A.I.Ağayev, M.M.Əhmədov

Qil-torpaq istehsalının tullantısı olan qırmızı şlamın kontakt kütlələr kimi kükürd tərkibli qazların utilizasiya proseslərində  istifadə olunmağının perspektivliyi nəzərdən keçirilmişdir. Qırmızı şlam və laylı montmorillonit- bentonit (təbii) əsasında  hazırlanmış kontakt kütlələrin xassələrinin tədqiqi aparılmışdır. Xammal fiziki-kimyəvi üsullarla tədqiq edilmişdir. Kontakt  kütlələrin optimal tərkibi və onların termiki işləmə şərtləri müəyyən edilmişdir. Məlum olunmuşdur ki, kontakt  kütlələrintərkibində gilin olması kontaktların mexaniki xüsusiyyətlərini təmiz qırmızı şlamla müqayisədə xeyli artmasına gətirib çıxarır. Granul şəklində formalaşdırılmış nümunələr kükürd dioksidin metanla və hidrogen sulfidlə  reduksiya proseslərində sınaqdan keçirilmiş və yüksək aktivliyə malik olmaları  müəyyən edilmişdir.

 

Açar sözlər : qırmızı şlam, bentonit, kükürd qazı , kükürd
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2025
MÜNDƏRİCAT
- YAŞIL HİDROGEN – GƏLƏCƏYİN ENERJİ MƏNBƏYİDİRA.Ş.Əliyev, R.Q.Hüseynova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.B.Tağıyev
- YAŞIL KİMYANIN PRİNSİPLƏRİ ƏSASINDA MİNERAL XAMMALIN EMALIA.Ə.Heydərov, G.İ.Alışanlı, A.B.MuradovaDavamı