Spektrofotometrik metodla vanadiumun(V) piroqallol əsasında sintez edilmiş reagentlə - 2,3,4–trihidroksi-5'-sulfoazonaftalinlə kompleksəmələgətirməsi öyrənilmişdir. Məlum olmuşdur ki, pH 5, λmax=437nm-da intensiv rəngli binar kompleks birləşmə əmələ gəlir. Kompleksəmələgəlməyə üçüncü komponentlərin təsiri öyrənilmişdir. Üçüncü komponent kimi setilpiridin xlorid, setilpiridin bromid və dekametoksindən istifadə olunmuşdur. Kompleksəmələgəlmənin optimal şəraiti müəyyənləşdirilmişdir. Məlum olmuşdur ki, müxtəlifliqandlı komplekslərin maksimum çıxımı uygun olaraq pН 3, λ=471, 479 və 466 nm müşahidə olunur. Komplekslərin davamlılıq sabiti hesablanmış, kompleksin tərkibində komponentlərin nisbəti və Ber qanununa tabeçilik intervalı müəyyən edilmişdir. Kompleksəmələgəlməyə kənar ion və pərdələyicilərin təsiri öyrənilmişdir. Işlənmiş metodika vanadiumun(V) gil nümunələrində təyinində tətbiq edilmişdir.