METİLMETAKRİLAT VƏ METAKRİLOİLSALİSİLAT SOPOLİMERLƏRİNİN ANTİBAKTERİAL XASSƏLƏRİNİN TƏDQİQİ
Metilmetakrilatla metakriloilsalisilatın müxtəlif nisbətdə sopolimerləri sintez olunmuş və onların antibakterial xassələri öyrənilmişdir. Sopolimerlərin və onların natrium duzunun fizioloji məhlullarının St.aureus, Ps.aeruginoza, C.albicans, E.coli bakteriyalarına qarşı minimal inhibitor qatılığı (MİQ) təyin edilmişdir. Müəyyən olunmuşdur ki, tərkibində 5–10 kütlə % metakriloilsalisilat elementar üzvü saxlayan sopolimerlərin polimetilmetakrilata nisbətən antibakterial xassələri 2-4 dəfə yüksəkdir.
Açar sözlər : sopolimer, metakriloil salisilat, antibakterial
Məqaləyə baxın