Dəmir filizinin zənginləşməsindən alınan tullantıların topa həllolma üsulu ilə yuyulmuş məhlullarından hidrolitik çökmə yolu ilə arsenin təmizlənməsi və selektiv Cu, Zn, Co, Mn konsentratların alınması haqqında məlumat verilir. Tədqiqat materialı kimi “Daşkəsən Filizsaflaşdırma” ASC-nin saflaşdırma fabrikinin tullantıxanasından və Şimalı Daşkəsəinin kobalt yatağın istismarından sonrakı tullantıların yuyulmasından alınan məhlullardan istifadə edilmişdir. Perkolyasion kalonkalarda (sütunlarda) yumadan alınmış məhlulların qatılığı aşağıdakı kimi olmuşdur: (I nümunə pH=2) Al – 3.23, Fe – 13.63l, Mn – 1.89, Cu – 0.64, Co – 5.8, Zn – 89.16, (II nümunə pH=4.8) Ca – 223, Mn – 13.83, Co – 478, Cu – 10.21, Zn – 4.34 mq/l. Alınmış məhlullardan qiymətli komponentlərin çökdürülməsi hidrolitik yolla pH=1-dən 11-dək qaldırmaqla pilləli mərhələlərlə aparılmış nəticədə 3 növ konsentrat alınmışdır.