Vakuum qazoylunun karbohidrogen qrup və element tərkibinə ozonolizin təsiri öyrənilmişdir. Ozonlaşma zamanı aromatik karbohidrogenlərin qrup karbohidrogen tərkibində kiçik dəyişiklik baş verir: mono- və politsiklik aromatik karbohidrogenlərin miqdarı arasındakı fərq üç dəfə artır (12.4%). Eyni zamanda asfalt-qatran birləşmələrinin əhəmiyyətli artımı müşahidə olunur: 0.78 kütlə %-dən 14.2 kütlə %-ə. Adsorbsiyalı təmizləmə zamanı azottərkibli və birləşmələrin miqdarının uyğun olaraq 0.1% və 0.51%-ə qədər azalması qeyd olunmuşdur. Göstərilmişdir ki, adsorbsion təmizlənmə elementlərin paylanmasına təsir edir: oksigenin miqdarı əvvəl artır, conra azalır (2 kütlə %-dən 5.1 və 3.5 kütlə %-dək), azotun miqdarı artır (0.7 kütlə %-dən 0.85 kütlə %-dək) kükürdün miqdarı azalır.
