Xlorlu alkilaromatik karbohidrogenlərin alınması və katalitik oksidləşməsinin müasir durumu analiz edilmişdir. Göstərilmişdir ki, xlortoluolların müxtəlif heterogen katalitik sistemlər üzərində selektiv oksidləşməsinin həyata keçirilməsi mümkündür. Aktiv komponentlərin, reaksiya müddətinin və temperaturun katalizatorların aktivliyinə və reaksiyanın selektivliyinə təsiri müəyyən edilmişdir. Reaksiyaların həyata keçirilməsi üçün optimal şərait seçilmiş, həmin şəraitdə katalizatorun aktivliyi və selektivliyi öyrənilmişdir. Nəticədə, ekoloji cəhətdən təhlükəli olan maddələr zərərsizləşdirilmiş, eləcə də geniş tətbiq sahələri olan malein anhidridi və onun xlorlu törəmələri, xlorbenzaldehid kimi ekoloji təmiz və təhlükəsiz xammallar alınmışdır.
