NAFTENLƏRİN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏ REAKSİYALARINDA METAL-SEOLİTLƏRİN TƏTBİQİ
İon mübadilə üsulu ilə sintez olunmuş klinoptilolit (KL) {Cu2+ (0.5 küt.%), Zn2+ (0.2 küt.%), Со2+ (0.1 küt.%), Cr3+ (0.1 küt.%)} və KL {Co2+ (0.5 küt.%), Cr3+ (0.25 küt.%)} katalizatorlarının uyğun olaraq tsikloheksanın 1,3-tsikloheksadienə və metiltsikloheksanın 1-metil-1,3-tsikloheksadienə oksidləşdirici dehidrogenləşmə reaksiyalarında tətbiqinin mümkünlüyü müəyyən olunmuşdur. Təcrübi məlumatların təhlili və dissosiativ adsorbsiya olunmuş oksigen ilə mübadilə kationların rabitə enerjilərini nəzərə almaqla katalizatorun komponentlərindən ibarət aktiv mərkəzlər qruplaşdırılmış və reaksiya yolları aydınlaşdırılmışdır. Bu aktiv mərkəzlərin nəzərə alınması ilə işlənib hazırlanmış kinetik model təqdim olunmuşdur.
Açar sözlər : tsikloheksan, 1,3-tsikloheksadien, metiltsikloheksan, 1-metil-1,3-tsikloheksadien
Məqaləyə baxın