Oksovanadium katalizatorlarının iştirakında xlorəvəzli toluolların (XT) ekoloji-təmiz zərərsizləşdirilməsi öyrənilmişdir. Bir və ya daha çox kovalent rabitəli xlor atomlu bu birləşmələrin kompleks müxtəliflik göstərməsi tərkibdə aromatik həlqənin, eləcə də digər funksional qrupların olması ilə xarakterizə olunur. Bununla belə, xlor atomlarnın alınan maddələrin tərkibinə daxil edilməsi onların fiziki-kimyəvi və biokimyıvi xassələrinə əhəmiyyətli dərəcədə təsir edir. Bütün bu göstəricilər xlor-karbohidrogen kimyasını önəmli müzakirə və tədqiqat obyektinə çevrilmişdir. Oksidləşmənin sürətinə və istiqamətinə temperaturun (300–4000C), reagentlərin bir-birinə olan nisbəti (1:1–1:15 mol/l), rabitələrin dissosasiya enerjilərinin, katalizatorların aktiv komponentlərinin və kontakt müddətinin təsiri müəyyən edilmişdir.