Kimya və neft kimyası sənayesinin proses və aparatlarının hesablanması və optimallaşdırılması üçün işlənilmiş proqramlar paketi təsvir edilir. Mövcud proqram məhsullarının analizi aparılmış, onların üstünlük və çatışmazlıqları proqramlar paketinin hazırlanması zamanı nəzərə alınmışdır. Bir çox riyazi məsələlərin həlli üçün (inteqralın hesablanması, müxtəlif tipli tənliklərin ədədi üsullarla həlli və s.) hazırlanmış ədədi üsullarla yanaşı, kinetikanın düz məsələsi və bir neçə qurğunun hesablanması və Accses bazasından uyğun tipli aparatın seçilməsi işləri təmin olunmuşdur. İşlənmiş proqramlar paketi məktəblilər, tələbələr, mühəndis və elmi işçilərin qarşılaşdıqları tipik problemlərin həlli üçün effektiv bir vasitə olub, sadə interfeysinin və sürətinin yüksək olması digərlərindən üstündür.