ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KATALİTİK KREKİNQİN AĞIR QAZOYLUNUN VƏ ONUN PAMBIQ YAĞI İLƏ QARIŞIĞININ TERMOKATALİTİK ÇEVRİLMƏSİ
T.А.Məmmədova, М.М.Abbasov, N.V.Həsənxanova, S.K.Əliyeva, X.Ş.Teyyubov, T.S.Lətifova, R.T.Adilov, Ə.A.Əlizadə, V.М.Abbasov

 

Katalitik krekinq prosesindən alınmış (KQKA) ağır qazoyl fraksiyasının təmiz halda və onun pambıq yağı ilə qarışığının 550-7000C temperatur intervallarında termokatalitik çevrilməsi nəticəsində C2–C4 aşağı molekullu olefinlərinin alınma prosesi tədqiq olunmuşdur. KQKA fraksiyasının təmiz halda 7000C temperaturda termokatalitik çevrilməsi zamanı Omnikat-210P və Omnikat-210P/halloizit qarışıq katalizatorları istifadə olunduqda uyğun olaraq etilenin çıxımında 16.1–16.4%, propilendə isə 6.3–6.1% küt.artım olmuşdur. Bu fraksiyaya 10% pambıq yağı əlavə olunduqda 7000C-də Omnikat-210P və Omnikat-210P/halloizit qarışıq katalizatorları iştirakında uyğun olaraq etilenin 3–2.8%; propilenin isə 0.6–1.4% kütlə artmasına səbəb olmuşdur.              

 

Açar sözlər : katalitik krekinq, ağır qazoyl, etilen, propilen, halloizit, aşağı molekullu olefinlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024
MÜNDƏRİCAT
Davamı