KATALİTİK KREKİNQİN AĞIR QAZOYLUNUN VƏ ONUN PAMBIQ YAĞI İLƏ QARIŞIĞININ TERMOKATALİTİK ÇEVRİLMƏSİ
Katalitik krekinq prosesindən alınmış (KQKA) ağır qazoyl fraksiyasının təmiz halda və onun pambıq yağı ilə qarışığının 550-7000C temperatur intervallarında termokatalitik çevrilməsi nəticəsində C2–C4 aşağı molekullu olefinlərinin alınma prosesi tədqiq olunmuşdur. KQKA fraksiyasının təmiz halda 7000C temperaturda termokatalitik çevrilməsi zamanı Omnikat-210P və Omnikat-210P/halloizit qarışıq katalizatorları istifadə olunduqda uyğun olaraq etilenin çıxımında 16.1–16.4%, propilendə isə 6.3–6.1% küt.artım olmuşdur. Bu fraksiyaya 10% pambıq yağı əlavə olunduqda 7000C-də Omnikat-210P və Omnikat-210P/halloizit qarışıq katalizatorları iştirakında uyğun olaraq etilenin 3–2.8%; propilenin isə 0.6–1.4% kütlə artmasına səbəb olmuşdur.
Açar sözlər : katalitik krekinq, ağır qazoyl, etilen, propilen, halloizit, aşağı molekullu olefinlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI

MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞI- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİDavamı