DİZEL YANACAQLARININ BƏZİ XASSƏLƏRİNİN YAXŞILAŞDIRILMASI
Avropa standartlarının tələblərinə cavab verən dizel yanacaqlarının alınması üzrə tədqiqatlar aparılmışdır. Xammal kimi birdəfəlik qovulmadam alınan dizel yanacağı və katalitik kreking prosesinin qazoylunun müxtəlif nisbətlərdə hazırlanmış kompaundundan istifadə edilmişdir. Alınmış kompaund 1:1 nisbətində hazırlanmış asetonitril və pentan qarışığının həlledici ilə təmizlənmişdir. Alınmış rafinat kizelqurda nikel və təbii Çannabsk mordenitindən hazırlanmış mexaniki katalizator qarışığı vasitəsilə katalitik təmizləməyə məruz edilmişdir. Aparılan texnologiya əsasında nəticədə tərkibində 7 kütlə % – aromatik karbohidrogen, 0.0009 kütlə % kükürd və setan ədədi 52 olan dizel yanacağı əldə edilmişdir
Açar sözlər : kompaund, dizel yanaсağı, setan ədədi, katalitik təmizləmə
Məqaləyə baxın