MÜXTƏLİF POLİMERLƏR MÜHİTİNDƏ GÜMÜŞ NANOHİSSƏCİKLƏRİNİN SİNTEZİ
Orta molekul kütləsi 200 kDa olan qummiarabik və 40000 olan polietilenqlikol eləcədə 200 kDa olan xitozan mühitində kiçik qatılıqlı NaBH4 və HCOOH məhlulları iştirakı ilə 293–353 K temperatur intervalında, müxtəlif reaksiya müddətində Ag0 nanohissəciklərinin alınması və stabilləşdirilməsi həyata keçirilmişdir. Alınmış gümüş nanohissəciklərin ölçüləri rentgen-faza analizi ilə tədqiq edilmişdir. Müəyyən olunmuşdur ki, stabilləşdirici kimi polietilenqlikol və qummiarabik əsaslı birgə polimerlər mühitində formalaşan gümüş nanohissəciklərinin ölçüləri 7–9 nm, təbii poliaminosaxarid olan xitozandan istifadə etdikdə stabilləşən gümüş nanohissəciklərinin ölçüləri isə 8–11 nm aralığında dəyişir.
Açar sözlər : gümüş nanohissəciklər, qummiarabik, xitozan, polietilenqlikol, nanokompozitlər, Rentgen-faza analizi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2024MÜNDƏRİCAT
- PROPANIN OKSİDLƏŞDİRİCİ DEHİDROGENLƏŞMƏSİ REAKSİYASINDA V-SB-O/AL2O3 OKSİD ƏSASLI SİSTEMLƏRİN SƏTH MORFOLOGİYASI, FAZA TƏRKİBİ VƏ KATALİTİK XASSƏLƏRİ- İON MAYELƏRİ DİZEL YANACAĞININ EKOLOJİ XASSƏLƏRİNƏ MƏNFİ TƏSİR GÖSTƏRƏN BİRLƏŞMƏLƏRİN EKSTRAGENTİ KİMİDavamı