Tsikloheksan və onun törəmələri ilə qarışığının hidrogen peroksidlə oksidləşməsi prosesində dəmirporfirintərkibli heterogen biomimetik katalizatorların müəyyən birləşməyə qarşı seçiciliyi tədqiq olunmuşdur. Tsikloheksanın monooksidləşməsi prosesinin eksperimental tədqiqi əsasında müəyyən edilmişdir ki, biomimetik katalizator səthində paralel-ardıcıl monooksidləşmə və oksidləşdirici dehidrogenləşmə reaksiyalarından ibarət koherent-sinxronlaşdırılmış mürəkkəb reaksiya baş verir. Tsikloheksanın reaksiya məhsullarına çevrilməsinin fermentativ katalizə xarakterik olan rabitələrin zəncirvari paylanması prinsipi (RZP) ilə turşu-əsasi kataliz və redoks sistemlərin birgə mexanizmlərinin daxil olduğu mexanizmləri təsvir edilmişdir. Həmçinin metanın biomimetik katalizator iştirakında hidrogen peroksidlə birbaşa metanola oksidləşməsi prosesinin tədqiqi aparılmışdır.