ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
OKSİDLƏŞMİŞ MAYE KAUÇUK VƏ TƏBİİ NEFT TURŞUSUNUN DUZLARI ƏSASINDA ALINMIŞ KONSERVASİYA MAYELƏRİNİN TƏDQİQİ
V.M.Abbasov, Y.J.Ağazadə, S.E.Abdullayev, E.K.Həsənov, G.M.Quliyeva

 

Oksidləşmiş maye kauçuk, təbii neft turşularının (TNT) 310-3600C temperaturda qaynayan fraksiyasının Ni, Co, Zn, Mg və Ba duzları və C14H28 α-olefinləri əsasında alınmış nitrobirləşmələrin iştirakı ilə T-30 turbin yağında müxtəlif nisbət və tərkiblərdə kompozisiyaları hazırlanaraq konservasiya mayeləri kimi tədqiq olunmuşdur. Tədqiqatlar inhibitorun müxtəlif qatılığında ²corrosionbox² adlı təcrübə kamerasında kondensasiya və ətraf mühit olmaqla iki fazada, polad lövhələr üzərində sınaqdan keçirilmişdir. Müəyyən olunmuşdur ki, sintez olunmuş inhibitorun nitrobirləşmə ilə oksidləşmiş maye kauçuk iştirakında kompozisiyasından alınmış konservasiya mayesi onların fərdi istifadəsinə nəzərən korroziyadan daha yüksək mühafizə effekti göstərir, konservasiya mayelərinə qoyulan tələbləri ödəyir və böyük praktik əhəmiyyət kəsb edir.

 

Açar sözlər : konservasiya mayeləri, korroziya, inhibitor, təbii neft turşusu (TNT), oksidləşmiş maye kauçuk, nitrobirləşmə, ²corrosionbox²
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı