DOLOMİT YATAQLARININ İŞLƏNMƏSİ ZAMANI YARANAN TULLANTININ DOLDURUCU KİMİ REZİN QARIŞIQLARINDA İSTİFADƏ OLUNMASI
Protektor və karkas rezin qarışıqlarında ənənəvi doldurucu olan texniki karbon – dolomit yataqlarının işlənməsi zamanı yaranan tullantı ilə əvəz edilmiş və alınan rezinlərin, vulkanizatların xassələri tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, protektor və karkas rezinlərinin qarışıqlarında texniki karbonun 24–30%-nin dolomit yataqlarının işlənməsi zamanı yaranan tullantı ilə əvəz edilməsi, alınan rezinlərin əsas fiziki-mexaniki və istismar xassələrini standarta uyğun saxlamaqla yanaşı, protektor və karkas rezinlərinin istehsalının iqtisadi və ekoloji göstəricilərini yaxşılaşdırmağa imkan verir.
Açar sözlər : protektor və karkas rezinləri, doldurucu, texniki karbon, tullantı, dolomit, fiziki-mexaniki və istismar xassələri, ekologiya
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2026MÜNDƏRİCAT
- DEA HƏLLEDİCİSİ VASİTƏSİLƏ TƏBİİ QAZIN TƏMİZLƏNMƏSİ PROSESİNDƏ H2S-IN KƏNARLAŞDIRILMASININ OPTİMALLAŞDIRILMASI: ASPEN HYSYS–RSM TƏDQİQATI- AMİN TURŞUSU VƏ SİNTETİK MOLİBDAT (MoO₄²⁻) XELATLARI VƏ MÜXTƏLİF TEMPERATURLARDA *AZOTOBACTER* BAKTERİYALARI ÜÇÜN ONLARIN BİOƏLÇATANLIĞIDavamı








.png)