ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FOSFORSAXLAYAN POLİMER SORBENT ƏSASINDA MİS SULFİD (Cu1.8S) NANOKRİSTALLARININ KİMYƏVİ YOLLA SİNTEZİ VƏ TƏDQİQİ
O.O.Balayeva, A.M.Məhərrəmov, A.A.Əzizov, M.B.Muradov, N.O.Balayeva, Z.Q.Məmiyev, R.M.Alosmanov, G.M.Eyvazova, Z.A.Ağamalıyev

 

Funksionallaşmış nitril kauçuku NK-26 əsasında mis sulfid nanohissəciklərinin sintezi ardıcıl ion qatının adsorbsiya və reaksiyası metodu ilə aparılmışdır. Reaksiya otaq temperaturunda qoyulmuşdur. Rentgen toz diffraktometrindən alınan nəticələrə əsasən kubik formada mis sulfidin (Cu1.8S) nanokristallik hissəcikləri formalaşmışdır. Cu1.8S nano­kristal­larının ölçüsü 5 nm-dir. Qadağan olunmuş zolağın eni 3eV-dur. Skanedici elektron mikroskopu və enerji-dispersion rent­gen spektroskopiya (SEM/EDX) analizi göstərir ki, sintez olunmuş materiallar nanokompozitdirlər və Cu1.8S his­səciklərinin ölçüsü SEM-ə görə 9–12 nm tərtibindədir. İnfraqırmızı spektroskopiya (İQ) nəticələrinə görə nano­his­sə­ciklər polimerin –PO(OH)2 funksional qruplarında əmələ gəlmişdir və polimer sorbentdəki bir çox funksional qrup­lar bu səbəbdən itmişdir. Alınmış nanokristallar kvant nöqtələr olub fotoelektronikada istifadə oluna bilər.

 

Açar sözlər : nanokompozitlər, Cu1.8S, optiki xassələr, skanedici elektron mikroskopu, (SEM)
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı