ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
o-KSİLOL VƏ ONUN 4-ƏVƏZLƏNMİŞLƏRİNİN BUXAR FAZALI OKSİDLƏŞDİRİCİ AMMONOLİZİNDƏ İMİD HETEROTSİKLİNİN ƏMƏLƏ GƏLMƏ REAKSİYASINDA o-ƏVƏZLƏYİCİLƏRİN FƏZA EFFEKTLƏRİ VƏ SUYUN ROLU
Q.Ə.Bağırzadə, D.B.Tağıyev

 

o-Ksilol, həmçinin 4-brom- və 4-fenil-o-ksilolların oksidləşdirici ammonolizində ilk maddədən və digər əsas məhsuldan – dinitrildən imid heterotsiklinin əmələ gəlmə xüsusiyyətləri araşdırılmış və ümumiləşdirilmişdir. Hər iki halda imid tsiklinin əmələ gəlməsinin yan orto-qrupların molekuldaxili qarşılıqlı təsirinə imkan verən daha yaxın məsafədə yerləşməsi ilə bağlı yaranan fəza effektinin hesabına olması müzakirə edilmişdir. İlk maddənin orto-metil əvəzləyicilərinin və dinitrilin orto-nitril funksional qruplarının fəza effektlərinin uyğun olaraq oksidləşdirici ammonoliz şəraitində və prosesi müşayiət edən reaksiyaların–oksidləşdirici dehidrogenləşmə və dərin oksidləşmə məhsulu suyun təsirindən oksidləşdirici tsiklləşmə ilə bağlılığı aydınlaşdırılmışdır.

 

Açar sözlər : oksidləşdirici ammonoliz, ksilollar, imidlər, nitrillər, fəza effekti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
No 1 2020
MÜNDƏRİCAT
- PROPANIN QEYRİ-STASİONAR ŞƏRAİTİNDƏ GEDƏN PİROLİZİ PROSESİNİN İDARƏEDİLMƏSİA.M.Əliyev, A.R.Səfərov, İ.V.Balayev, İ.İ.Osmanova, A.M.Hüseynova
- ZSM-5 SEOLİT ƏSASLI BİMETALLİK KATALİZATORLAR İŞTİRAKINDA METANOLUN KARBOHİDROGENLƏRƏ ÇEVRİLMƏSİT.Ə.BabayevaDavamı