ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QIZILLI FİLİZ MİNERAL XAMMALININ TEXNOLOJİ EMALI PROSESİNDƏ MADDİ TƏRKİBİN HƏLLEDİCİ ROLU
Ə.Z.Əhmədov

 

 Azərbaycanın yeni, perspektivli qızıl yatağından götürülmüş 2 texnoloji filiz sınağının qiymətləndirilmiş maddi tərkibinin (kimyəvi və mineraloji)  timsalında bu xammalda aşkarlanmış mineralların texnoloji prosesslərə nə dərcədə təsir etdiyi araşdırılır. Tədqiq olunan sınaqlarda təyin edilmiş maddi tərkiblərin xüsusiyyətləri nəzərə alınmaqla, qızıllı filizçıxarma sənayesində istifadə olunan müxtəlif texnoloji emal üsulları, aparılmış təcrübələrlə qiymətləndirilmişdir. Bu tədqiqatların nəticələrinə əsasən, nəzərdən keçirilən xammalın tərkibində olan qızılın 95%-nin çıxarılmasını təmin edən sorbsiyalı hidrometallurji emal üsulunun effektiv texnoloji rejimi işlənib hazırlanmış və tövsiyə edilmişdir.

 

Açar sözlər : qızıllı filiz mineral xammalı, maddi tərkib, emal texnologiyası, qravitasiya, flotasiya, hidrometallurgiya.
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı