ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
BİSMUTUN(III) 2,3,4-TRİHİDROKSİFENİLAZO-5'-SULFONAFTALİN VƏ SETİLPİRİDİN BROMİDLƏ MÜXTƏLİFLİQANDLI KOMPLEKSİNİN SPEKTROFOTOMETRİK TƏDQİQİ
X.C.Nağıyev, A.M.Məhərrəmov, C.Ə.Ələkbərov, Ə.Q.Babayev, F.M.Çıraqov

Bismutun(III) kation tip səthi-aktiv maddə – setilpiridin bromid iştirakında 2,3,4-trihidroksifenilazo-5'-sulfonaftalinlə kompleks əmələ gətirməsi spektrofotometrik metodla tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, setilpiridin bromid iştirakında Bi(III)–R–ЦПBr müxtəlifliqandlı kompleksi əmələ gəlir ki, bunun da nəticəsində udma spektrində batoxrom sürüşmə müşahidə olunur və Bi(III)–R binar kompleksi ilə müqayisədə onun maksimum çıxımı daha turş mühitə doğru sürüşür. Binar və müxtəlifliqandlı kompleksin əmələ komponentlərin qatılığının, vaxt və temperaturun təsiri öyrənilmiş, tərkibi müxtəlif metodlarla təyin edilmişdir. Müəyyən edilmişdir ki, bismutun(III) setilpiridin bromid iştirakında 2,3,4-trihidroksifenilazo-5'-sulfonaftalinlə təyini daha yüksək seçiciliyə malikdir. İşlənilmiş metodika A 263-3 markalı qurğuşun əsaslı ərintidə vismutun mikromiqdarının təyini üçün tətbiq edilmişdir

Açar sözlər : spekrofotometriya, bismut(III), müxtəlifliqandlı kompleks, 2,3,4-trihidroksifenilazo-5'-sulfonaftalin, setilpiridin bromid, metod, qurquşun ərintisi
Məqaləyə baxın