2-METİLTİO-4-tret-BUTİLFENOLUN BƏZİ TÖRƏMƏLƏRİNİN KUMOLUN OKSİDLƏŞMƏSİNƏ TƏSİRİNİN TƏDQİQİ
2-Metiltio-4-tret-butilfenolun bəzi törəmələrin kumolun oksidləşməsinə təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, onlar kombinə təsirinə malik oksidləşmə inhibitorlarıdır: peroksid radikalı reaksiyaları üzrə oksidləşmə zəncirini qırır; hidroperoksidlə oksidləşərək, hidroperoksidləri molekulyar birləşmələrə katalitik parçalayan və peroksid radikallarla aktiv reaksiyaya girən maddələr əmələ gətirir.
Açar sözlər : oksidləşmə inhibitorları, hidroperoksidin parçalanması, kumilperoksid, fenolsulfidlər, onların aminometil törəmələri
Məqaləyə baxın