ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
METİLEN ABISININ TERMİKİ AKTİVLƏŞMİŞ BENTONİTDƏ SORBSİYASI
Ə.İ.Yaqubov, Ə.N.Nuriyev, N.М.Мuradova, S.А.Əliyeva, N.Н.Əfəndiyeva

 

Təbii bentonitin termiki işlənmiş və 105, 200, 400, 600, 8000С-də 6 saat müddətində termiki ak­tiv­ləşməyə məruz qalan Al və  Fe (III) kationəvəzolunmuş formaları alınmışdır. Sonra dinamik şərtlərdə onların məhlullardan (məhlullarda metilen abısının qatılğı 0.02mol/l-ə bərabərdir) metilen abısına qarşı sorbsiya qabiliyyəti öyrənilmişdir. Təcrübi tədqiqatların nəticələri göstərir ki, 105 və 2000С-də həm təbii, həm də modifikasiya olunmuş formaların sorbsiya tutumu demək olar ki, dəyişmir, lakin temperaturun 8000С-yə qədər yüksəlməsi ilə sorbsiya tutumunun nəzərə çarpacaq dərəcədə azalması müşahidə olunur və 4000С-də bu qiymət təqribən 30% təşkil edir. Aparılmış tədqiqatlar göstərir ki, tullantı sularının təmizlənməsinin sorbsiya proseslərində əsas əhəmiyyət kəsb edən  sorbentin optimal xırdalanmasının seçilməsidir, buna görə də dinamik təcrübələrdə kation boyaların sorbsiyasının  sorbentin seçilmiş fraksiyalarının ölçüsündən asılılığı tədqiq olunmuşdur. 

 

Açar sözlər : Ə.İ.Yaqubov, Ə.N.Nuriyev, N.М.Мuradova, S.А.Əliyeva, N.Н.Əfəndiyeva
Məqaləyə baxın