ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
NANO-TiO2 (PC-500) KATALİZATORU İŞTİRAKINDA TƏBİİ VƏ SİNTETİK NEFT TURŞULARI, α-NAFTİL SİRKƏ TURŞUSU VƏ METİL SPİRTİ ƏSASINDA MÜRƏKKƏB EFİRLƏRİN SİNTEZİ VƏ TƏDQİQİ
P.M.Kərimov, E.B.Zeynalov, S.Q.Əliyeva, O.M.Ələsgərova, E.M.Quliyeva

 

Ölçüsü 5–10 nm və xüsusi səthi BET=329.1 m2/q olan heterogen  tipli nano-TiO2 (PC-500)  katalizatoru iştirakında təbii neft turşusu (TNT), sintetik neft turşusu (SNT), α-naftil sirkə tur­şusu və metil spirti əsasında mürəkkəb efirlər turşu:spirt=1:2, 80–900C temperaturda, 8–10 (TNT, SNT) və 14–15 (a-naftil) saat müddətində sintez edilmişdir. Göstərilmiş optimal şə­ra­it­də məqsədli məhsulun çıxımı 85.8% təşkil edir. Efirlərin fiziki-kimyəvi göstəriciləri tə­yin edilmiş və spektral üsullarla identifikasiya olunmuşdur. Heterogen katalizatorların tət­biqi zamanı efirin neytrallaşması, yuyulması, qurudulması kimi mərhələlər ixtisara salın­mış və bununla efirlərin alınma texnologiyası xeyli sadələşmişdir. Sintez edilmiş TNT, SNT və α-naftil sirkə turşularının metil efirlərini dizel yanacağında termooksidləşmə stabilliyini yaxşılaşdırdığı məqsədi ilə sınaqda keçirilmişdir. Müəyyən olunmuşdur ki, bu efirlər dizel yana­ca­ğın­da antioksidant kimi tətbiq oluna bilər.

 

Açar sözlər : təbii və sintetik neft turşuları, α-naftil sirkə turşusu, mürəkkəb efir, metil spirti, nano-titan dioksid, dizel yanacağı
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı