ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Ra2+ VƏ Th4+ İONLARI İŞTİRAKINDA KARBOKSİL KATİONİTİ İLƏ URANİL İONLARININ SORBSİYASININ TƏDQİQİ
A.M.Məhərrəmov, M.R.Bayramov, M.H.Allahverdiyeva, M.A.Ağayeva, C.Ə.Nağıyev

 

Malein anhidridi, stirol və 1,4-di(4-izopropenilfenoksi)butan əsasında alınmış birgə polimerin çıxı­mına və şişmə dərəcəsinə tikici agentin miqdarının təsiri öyrənilmiş və müəyyən olunmuşdur ki, so­nun­cunun miq­darının artması ilə tikili polimerin çıxımı və şişmə dərəcəsi azalır. Belə ki, 1,4-di(4-izopro­penil­fen­ok­si)butanın 2 və 10 mol % miqdarında çıxım uyğun olaraq 98 və 89.6 %, şişmə dərəcəsi isə 680.0 və 260.2% təşkil edir. Tədqiqatlar nəticəsində tikici agentin 10 mol % miqdarında alınmış hidroliz olun­muş bir­gə polimerlə uranil ionlarının sorbsiya prosesinə kənar Ra2+ və Th4+ ionlarının nəzərə çarpacaq maneçilik göstərmədiyi müəyyən olunmuşdur. 

 

Açar sözlər : kationit, polimer sorbent, uranil ionları, radioaktiv elementlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2023
MÜNDƏRİCAT
- PLATINUM-MESOMƏSAMƏLİ KARBON NİTRİD NANOKOMPOZİTLƏRİ: SİNTEZİ, QURULUŞU VƏ FENILASETİLENİN HİDROGENLƏŞMƏSİNDƏ KATALITİK XASSƏLƏRİV.M.Əhmədov, Н.Е.Мелникова, G.G.Nurullayev, Vs.M.Əhmədov, D.B.Tağıyev
- Ag8GeS6(Se6)–Ag8GeTe6 SİSTEMLƏRİ: FAZA TARAZLIQLARI, BƏRK MƏHLULLARIN SİNTEZİ VƏ XARAKTERİZƏ EDILMƏSİA.C.Əmiraslanova, A.T.Məmmədova, I.C.Alverdiyev, Yu.Ə.Yusibov, M.B.BabanlıDavamı