ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
Ra2+ VƏ Th4+ İONLARI İŞTİRAKINDA KARBOKSİL KATİONİTİ İLƏ URANİL İONLARININ SORBSİYASININ TƏDQİQİ
A.M.Məhərrəmov, M.R.Bayramov, M.H.Allahverdiyeva, M.A.Ağayeva, C.Ə.Nağıyev

 

Malein anhidridi, stirol və 1,4-di(4-izopropenilfenoksi)butan əsasında alınmış birgə polimerin çıxı­mına və şişmə dərəcəsinə tikici agentin miqdarının təsiri öyrənilmiş və müəyyən olunmuşdur ki, so­nun­cunun miq­darının artması ilə tikili polimerin çıxımı və şişmə dərəcəsi azalır. Belə ki, 1,4-di(4-izopro­penil­fen­ok­si)butanın 2 və 10 mol % miqdarında çıxım uyğun olaraq 98 və 89.6 %, şişmə dərəcəsi isə 680.0 və 260.2% təşkil edir. Tədqiqatlar nəticəsində tikici agentin 10 mol % miqdarında alınmış hidroliz olun­muş bir­gə polimerlə uranil ionlarının sorbsiya prosesinə kənar Ra2+ və Th4+ ionlarının nəzərə çarpacaq maneçilik göstərmədiyi müəyyən olunmuşdur. 

 

Açar sözlər : kationit, polimer sorbent, uranil ionları, radioaktiv elementlər
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı