ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
VOLFRAMIN(VI) 2,6-DİTİOL-4-ÜÇLÜBUTİLFENOL VƏ HİDROFOB AMİNLƏRLƏ KOMPLEKS ƏMƏLƏGƏTİRMƏ REKSİYASININ ÖYRƏNİLMƏSİ
K.Ə.Quliyev, A.B.Hacıyeva

Spektrofotometrik üsullarla volframın(VI) 2,6-ditiol-4-üçlübutilfenol və hidrofob aminlərlə kompleks əmələgəlmə reaksiyası tədqiq edilmişdir. Hidrofob amin kimi anilin, N-metilanilin və N,N-dimetilanilin istifadə edilmişdir. Müx­tə­lifliqandlı komplekslərin əmələgəlmə və ekstraksiya şəraiti tədqiq edilmiş və komplekslərdə komponentlərin nisbəti müəyyən edilmişdir. Müxtəlifliqandlı komplekslər zəif turş mühitdə əmələ gəlir (pHopt=3.4–4.8). İşıqudma spektrində maksimum 475–485 nm-də müşahidə olunur. Molyar işıqudma əmsalı e =(2.8–3.0)×104. Alınan nəticələr əsasında müxtəlif polad növlərində volframın təyini üçün fotometrik metodikalar işlənib hazırlanmışdır. Təklif olunan metodikalar nə­ticələrin yaxşı təkrarlanması (nisbi standart kənaraçıxma 0.06-dan çox deyil) və aşağı təyinetmə həddi ilə xarakterizə olunur

Açar sözlər : volfram, ekstraksiyalı-fotometrik metod, W(VI)-ın poladlarda təyini
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı