ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
FERROSEN VƏ SİMANTREN ƏSASLI TSİKLOKARBİNOL TÖRƏMƏLƏRİNİN SİNTEZİ, QURULUŞ VƏ TÜSTÜAZALDICILIQ XASSƏLƏRİNİN TƏDQİQİ
S.R.Hacıyeva, A.R.Rzayeva, Z.M.Məmmədova, F.S.İbrahimova, G.Z.Süleymanov

Ferrosen və simantren əsaslı yeni metallosen karbinolların sintezi, quruluş və tüstüazaldıcılıq xassələri tədqiq olunmuşdur. Yeni alınmış metiltsikloheksil- və tsiklooktilkarbinol törəmələrinin sintezi və onların reaksiya qarışığından itkisiz və yüksək çıxımla əldə olunmaları üçün müvafiq metodlar işlənib hazırlanmışdır. Onların quruluş və dizel yanacaqlarında tüstüazaldıcılıq xüsusiyyətləri öyrənilərkən molekuldakı OH qruplarının mövcud alifatik karbinollardan fərqli olaraq sərbəst olmaları və tüstüazaldıcılıqları isə mövcud karbinollardan 3–4 dəfə daha effektiv olduqları müəyyən edilmişdir

Açar sözlər : ferrosen, simantren, tsiklokarbinol, dizel yanacaqları, tüstüazaldıcılıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı