ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
QAMMA-KVANTLARIN TƏSİRİ İLƏ MİKRO ÖLÇÜLÜ BERİLLİUM OKSİD+ADSORBSİYA OLUNMUŞ SU SISTEMİNDƏ SUYUN RADİASİYA–HETEROGEN ÇEVRİLMƏSİNDƏN MOLEKULYAR HİDROGENİN ALINMASI
Y.D.Cəfərov, N.K.Ramazanova, S.R.Hacıyeva, K.T.Eyubov

Qamma-kvantların (60Co, P=18.17 rad/s, T=300 K) təsirilə d<4, d=32–53 və 75–106 µm hissəcik ölçülü berillium oksid+onu təşkil edən hissəciklərin səthinin müxtəlif dolma dərəcəsində adsorbsiya olunmuş su sistemində suyun radiasiya–heterogen çevrilməsindən alınan molekulyar hidrogenin miqdarı, əmələgəlmə sürəti və radiasiya–kimyəvi çıxımı tədqiq edilmişdir. d<4, d=32–53 və 75–106 µm hissəcik ölçülərinə uyğun  molekulyar hidrogenin maksimum radiasiya-kimyəvi çıxımları (hissəcik səthinin dolma dərəcəsinin θ=4, qiymətində) uyğun olaraq G(H2)=6.4, 3.81 və 2.8 molekul/(100 eV) qiymətlərini alınmışlar. d<4 μm hissəsik ölçülü mikro-BeO+H2O sistemində hissəcik səthinin suyun dolma dərəcənin müxtəlif qiymətlərində (θ=1, 2, 4, 10) aparılan tədqiqatlar göstərir ki, molekulyar hidrogenin radiasiya-kimyəvi çıxımı, θ<2 qiymətlərində səthin dolma dərəcəsi ilə düz mütənasibdir, θ ³ 2 qiymətlərində isə azalma müşahidə olunur

Açar sözlər : mikrohissəcik, adsorbsiya, radioliz, radiasiya-kimyəvi çıxım
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı