ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
PİROLİZİN MAYE MƏHSULLARININ HİDROGENLƏŞDİRİCİ EMALINDA İSTİFADƏ OLUNAN TƏBİİ DAŞIYICILAR ƏSASINDA KATALİZATORLARIN MEXANİKİ DAVAMLILIĞI VƏ KOKSƏMƏLƏGƏLMƏ QANUNAUYĞUNLUĞUNUN TƏDQİQİ
Z.Ç.Salayeva, R.M.Mustafayeva, X.Q.İsayev, N.A.Zeynalov, H.A.Məmmədəliyev

 

Məqalədə  təbii gil və klinoptilolit əsasında alınan  katalizatorların koksəmələgəlmə qanunauyğunluqlarının  tədqiqinə aid təcrübi işlərin nəticələri verilmişdir. Katalizatorun səthində  koksəmələgəlmə (koksyığılma) məhsullarının xarakteri və miqdarı, həmçinin onların oksidləşdirici regenerasiyasının  optimal şəraitinin tədqiqi nöqteyi-nəzərdən seçilən katalizator nümunələri differensial-termoqravimetrik analiz metodu (DTA və DTQ) ilə öyrənilmişdir. Hidrogenləşmə- hidrokrekinq  katalizatorlarına  qoyulan əsas tələb katalizatorların  mexaniki davamlılığı və aktivliyi  olduğu üçün, təbii daşıyıcılar əsasında hazırlanmış katalizatorların mexaniki davamlılığı öyrənilmişdir. Daşıyıcının tərkibinə əlaqələndirici komponent  kimi xam bentonit gilinin (~20%) daxil edilməsi katalizatora yüksək mexaniki davamlılıq verir. Stabilliyin, aktivliyin və mexaniki davamlılığın tədqiqi, onların aromatik konsentratların hidrogenləşdirici emalı ilə benzolun alınması prosesində  istifadəsinin praktiki mümkünlüyünü göstərir.

 

Açar sözlər : hidroalkilləşmə-hidrokrekinq katalizatoru, klinoptilolit, koksyığılma, differensial-termoqravimetrik analiz, mexaniki davamlılıq
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№4 2023
MÜNDƏRİCAT
- SİTRAT MƏHLULLARINDA BİSMUT İONLARININ ELEKTROKİMYƏVİ DAVRANIŞIS.P.Cavadova, V.A.Məcidzadə, S.F.Cəfərova, T.A.Əliyev, A.Ş.Əliyev, D.B.Tağıyev
- 2-PİKOLİNİN QAZ FAZADA ʺYAŞIL OKSİDLƏŞDİRİCİLƏRʺ – Н2О2 VƏ N2O ilə OKSİDLƏŞMƏSİİ.T.Nağıyeva, N.İ.Əli-zadə, T.M.NağıyevDavamı