AZOTUN ƏLAQƏLİ (QOŞULMUŞ) OKSİDLƏŞMƏ İLƏ FİKSASİYASI
Azotun hidrogen peroksidlə oksidləşməsinin prinsipinin tədqiqi tamamilə yeni metodla nisbətən mülayim şəraitdə azotun fiksasiyasını həyata əsas etibarı ilə azot-1 oksidin və az miqdarda digər oksidlərin, həmçinin azot turşularının alınmasına imkan verir. Azotun hidrogen peroksidlə qaz fazalı oksidləşməsi mürəkkəb xarakter daşıyır və ilk anda azot-1 oksidin alinmasından ibarətdir. Аlınan bu qaz yüksək temperaturlu reaksiya zonasından çıxarkən qaz halında reaksiya məhsulları qarışığında ikinci çevrilmələrə məruz qalır və kəskin soyudulma şəraitində H2N2O2 və digər azot turşuları alınır.
Açar sözlər : azot, fiksasiya, hidrogen peroksid, azot-1 oksid, nitrit turşusu
Məqaləyə baxın