ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TiAs2Se3Te–TlAs2Se4 SİSTEMİNİN FİZİKİ-KİMYƏVİ TƏDQİQİ
İ.H.Əliyev

 

Fiziki-kimyəvi analiz (DTA, MCA, RFA, eləcə də mikrobərkliyin və xüsusi çəkinin təyini) metod­ları ilə TlAs2Se3Te–TlAs2Se4 sistemində qarşılıqlı təsir tədqiq edilmiş və onun hal diaqramı qurul­muş­dur. Müəyyən edilmişdir ki, TlAs2Se3Te–TlAs2Se4 sistemi TlTe–TlSe–As2Se3 kvaziüçlü siste­mi­nin kvazi­binar kəsiyi olub, evtektik tiplidir. Sistemdə otaq temperaturunda TlAs2Se3Te birləşməsi əsa­sında 10 mol %, TlAs2Se4 birləşməsi əsasında isə 7 mol % həllolma aşkar edilmişdir. TlAs2Se3Te–TlAs2Se4 sisteminin bütün ərintiləri adi soyudulma şəraitində şüşə halında alınır.

 

Açar sözlər : kvazibinar, evtektika, inkonqruent, monotektika, şüşəvarı, sinqoniya
Məqaləyə baxın