ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
La2S3–Ga2S3–Nd2S3 SİSTEMİNDƏ ŞÜŞƏLƏRİN FİZİKİ-KİMYƏVİ XASSƏLƏRİ
İ.B.Bəxtiyarlı, A.S.Abdullayeva, Ə.A.Mirzəyeva, O.Ş.Kərimli, Z.M.Muxtarova

 

Fiziki-kimyəvi  analizin kompleks metodları ilə La2S3–Ga2S3–Nd2S3  sistemdə şüşəmələgəlmə sahəsinin sərhədləri təyin edilmişdir. Alınan şüşələrin termiki parçalanması öyrənilmiş və İQ spektrləri çəkilmişdir. Müəyyən edilmişdir ki, bu şüşələr 880 K-də havada davamlıdır. Şüşələrin  İQ spektrlərində Me­–S rabitəsini xarakterizə edən zolaqlar ilkin kristal komponentlərin spektrlərindəki zolaqlara nisbətən daha yüksək intensivliyə malikdir və yüksəktezlikli sahəyə tərəf çəkilmişdir, bu da ehtimal ki, Me­–S kovalent rabitəsinin güclənməsindən irəli gəlir.

 

Açar sözlər : şüşəəmələgəlmə, kristalaşma, derivatoqrafik analiz, stexiometrik tərkib
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı