С12–C16 ALKİLMETAKRİLATLARIN STİROLLA BİRGƏ POLİMERLƏRİNİN ÖZLÜLÜK VƏ DEPRESSOR AŞQARLARI KİMİ TƏDQİQİ
C12–C16 alkilmetakrilatların stirolla birgə polimerləşməsi yolu ilə birgə polimerlərin sintezi və onların neft yağlarına özlülük və depressor aşqarı kimi tədqiqi aparılmışdır. Birgə polimerin lazımi xarakteristikalarla alınmasını təmin edən şərait tapılmışdır. Sintez olunmuş birgə polimerlərin yağların özlülük və depressor xassələrinə təsiri öyrənilmişdir. Tədqiq olunan birgə polimerlərin bifunksional aşqar kimi istifadəsi üçün tövsiyələr hazırlanmışdır.
Açar sözlər : birgə polimerləşmə, alkilmetakrilatlar, stirol, özlülük aşqarları, depressor aşqarları
Məqaləyə baxın