ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ALLİLSİNNAMATIN trans-STILBENLƏ RADİKAL NÖVBƏLİ TSİKLOSOPOLİMERLƏŞMƏSİ
L.V.Medyakova, S.Ə.Rzayeva, A.Ç.Abbasova, S.M.Məmmədova

 

trans-darçın turşusunun allil efirinin trans-stilbenlə radikal sopolimerləşməsinin tədqiqi zamanı zəncirində yüksək miqdarda tsiklik γ-laktonların və doymamış manqaların olduğu makromolekulların əmələ gəlməsi müəyyən edilmişdir. Göstərilmişdir ki, tsikllərin əmələ gəlməsi allil rabitəsinə darçın radikalının hücumu nəticəsində baş verir. Zəncirin böyüməsi növbəli quruluşlu makromolekulların əmələ gəlməsi ilə molekuldaxili və molekullararası böyümə mexanizmi üzrə baş verir. Somonomerlərin manqalarının növbələşməsi sopolimerləşmə sabitlərinin qiymətlərinə və ilkin reaksiya qarışığı tərkibinin 50:50 (mol %) qiymətlərində kinetik əyrilərin ekstremal xarakterinə əsasən təsdiq edilmişdir. Durulaşma effektinin olması, yəni wmax vəziyyətinin absis oxu üzrə yerdəyişməsi növ­bələşmənin sərbəst monomerlərin və eləcə də molekullararası π­–π komplekslərinin iştirak etdiyi qarışıq mexanizmə malik olduğunu göstərir. Sintez olunmuş tsikloxətti quruluşlu polifunksional sopolimerlərin bəzi litoqrafik xarakteristikaları təyin edilmişdir.

 

Açar sözlər : radikal tsiklosopolimerləşmə, allilsinnamat, trans-stilben, növbələşmə, laktonlar, nisbi aktivlik, so­polimerləşmə sabiti
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2023
MÜNDƏRİCAT
- QARŞILIQLI 6Ag2Se+Ag8SiTe6«6Ag2Te+Ag8SiSe6 SİSTEMİNDƏ KRİSTALLAŞMA SƏTHLƏRİ VƏ FAZA TARAZLIQLARIA.C.Əmiraslanova, K.N.Babanlı, S.Z.İmaməliyeva, E.İ.Əhmədov, Yu.Ə.Yusibov, M.B.Babanlı
- FOSFORLAŞDIRILMIŞ REZİN TULLANTILARININ TURŞU-ƏSAS XASSƏLƏRİN.A.Əfəndiyeva, İ.A.Büniyatzadə, N.M.Binnətova, N.M.Quliyeva, C.Ə.Nağıyev, R.M.AlosmanovDavamı