Məqalədə alüminium hidroksid hidrogelinin iştirakı ilə sənaye alüminium tozlarının sonradan İYT sahəsində reaksiyada bişirilməklə hidrotermal işlənilməsi yolu ilə mikrodalğalı şüalanmanı aktiv udan məsaməli Al/Al2O3 – daşıyıcıların alınma imkanının tədqiqat nəticələri göstərilmişdir. Nümunələrin termiki işlənilməsi (bişirilmə) EM-G5593V (Panasonic) markalı mikrodalğalı sobanın bazasında quraşdırılmış qurğuda, 2450 MHs işçi tezlikdə, şüalanma generatorunun 800 Vt maksimal giriş gücü ilə həyata keçirilirdi. Müəyyən edilmişdir ki, İYT sahəsində termiki işlənilmə zamanı Al/Al2O3 daşıyıcıların məsaməli strukturunun formalaşma prosesləri alüminium-oksid matrisalarının ənənəvi qızdırılma şəraitində formalaşma sürətindən əhəmiyyətli dərəcədə yüksək olan sürətlə baş verir. Tekstur xarakteristikalara əsasən sintezləşdirilmiş kompozitlər ifratyüksək tezlikli (2,45 GHs) elektromaqnit sahəsi ilə stimullaşdırılan reaksiyaların katalizatorları üçün potensial daşıyıcılar kimi istifadə edilə bilər