S-alkilarilfosfat və O-butil-S-tolilksantogenatlar əsasında alınmış yeni tənzimləyici (iniferterlər RAFT) iştirakı ilə butil- və 2-etilheksilakrilatların radikal polimerləşməsi reaksiyaları tədqiq edilmişdir. İnisiator kimi benzoilperoksid istifadə edilmişdir. Müəyyən edilmişdir ki, polimerləşmə 800C-də aparıldıqda iniferterlərin miqdarının artması ilə alınan polimerin molekul kütləsi və MKP kimi göstəricilərinin azalması baş verir. İniferterlərin iştirakında BP miqdarının artımının MK və MKP göstəricilərinə təsiri müşahidə olunmur. Bu onu göstərir ki, iniferterlər polimer zəncirinə birləşərək onun sonrakı polimerləşmə proseslərində iştirakına mane olur. Alinmiş polimerlərin mineral və sintetik yağların özlülük xassələrinə təsiri öyənilmişdir
