ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
KOHERENT-SİNXRONLAŞMIŞ REAKSIYALAR NƏZƏRİYYƏSİ VƏ ONUN KATALAZ VƏ MONOOKSİGENAZ FERMENTLƏRİN YÜKSƏK AKTİV VƏ SELEKTİV KATALİTİK ANALOQLARININ SİNTEZİNDƏ TƏTBİQİ
İ.T.Nağıyeva, T.M.Nağıyev

 

Biokimyəvi proseslərin əsas xüsusiyyətlərinin modelləşdirilməsi ilə bağlı fermentativ və kimyəvi kataliz arasında aralıq mövqe tutan bir sahənin imitasion kataliz adlandırılması irəli sürülmüşdür. İmitasion katalizin həlledici aspektiv ferment və bioimitatorların fərqli funksiyalarını göstərməkdir ki, bu da, prinsipcə imitasion modeli ənənəvi anlayışdan tam mənada fərqləndirir. Fermentativ və kimyəvi katalizin oxşar və fərqli cəhətlərinin analizi əsasında imitasion katalizin ümumi aspektləri izah edilmişdir. Biomimetik katalizatorun ideallaşdırılmış modeli və onun quruluşunun təşkilində membrananın əhəmiyyətli rolu araşdırılmışdır. Kataliz sahəsində əldə edilən mühüm nailiyyətlər, xüsusilə, kataliz və monooksiqenaz reaksiyaların bioimitatorlarının sintezi və tədqiqinə yeni yanaşmalar göstərilmişdir. Bu təsəvvürlər və həmçinin, sitoxrom P-450 fermenti və onun mimiklərinin katalitik mərkəzlərinə aid göstəricilər əsasında biomimikin katalitik domeni təsvir edilmişdir. Metanın metanda, propanın izopropil spirtinə, etilenin asetaldehid və etanda, propilenin propilen oksidə oksidləşməsi interferens reaksiyaların dina­mikasının eksperimental nümayişidir. Determinant tənliyi vasitəsilə reaksiya mühitinin potensial imkanları qiymətləndirilmişdir və kimyəvi interferensiyanın növü müəyyən edilmişdir

Açar sözlər : rabitələrin zəncirvarı paylanması, katalaza, hidrogen peroksid, Çans kompleksi, Oquri kompleksi
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı