Qliaksil turşusunun tiosemikarbazonunun Co(II) kompleksi Co(HGAT)×2H2O sintez edilib, Galleria mellonella L. qurd nümunələrinin hemolimfa toxumalarına daxil edilib, bəzi biokimyəvi parametrlər və metabolik fermentlərin aktivliklərinin dəyişməsi öyrənilib. Tədqiqat üçün Аspartate aminotransferase, Аlanine aminotransferase, Lactate dehydrogenase, Сreatine kinase və Gamma-glutamyltransferasе fermentlərindən istifadə edilib. Təcrübələrin nəticələrinə əsasən tədqiqat üçün götürülmüş nümunələrdən ilk üçü daha böyük maraq kəsb edir. Ölçmələrin nəticələri 2, 4, 6 və 8 saatdan sonra qeyd edilib. Müəyyən edilmişdir ki, sintez edilmiş kompleks ilk iki fermentin bioindikator aktivliyini artırır. Kompleksin Lactate dehydrogenase fermentinə daxil edilməsi isə 8 saatdan sonra onun aktivliyini 30±2.7-dən 131.25±3.10-a qədər artırır. Əldə etdiyimiz effektiv nəticələr deməyə imkan verir ki, sintez etdiyimiz kompleks müxtəlif quruluşlu metal komplekslərin və orqanizmə təsir mexanizmlərinin öyrənilməsində, həmçinin ətraf mühitə ən az zərər verməklə zərərli həşəratlarla mübarizədə istifadə edilə bilər. Həmçinin liqand və kompleksin göbələk əleyhinə və antibakterial xassələrinin nəticələri də qeyd edilmişdir
https://doi.org/10.32737/0005-2531-2019-2-22-28