ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
TORPAQDA ÜZVİ MADDƏNİN ALTI VALENTLİ XROMUN DƏMİR Fe0 NANOHİSSƏCİKLƏRİ İLƏ REDUKSİYASINA TƏSİRİ
G.R.Allahverdiyeva

Hazırki işdə yüksək qatılıqda üzvi maddə (şəkər) iştirakında Cr(VI)-nın reduksiya edici agent kimi dəmir Fe0 nanohissəcikləri iştirakında reduksiyası təcrübələri təqdim edilmişdir. Dövri təcrübələr  əvvəl sintez edilmiş dəmir nano hissəciklərin effektivliyini sübut etmişdir. Dəmir nanohissəcikləri ilə Cr(VI) reduksiyasının effektivliyinin əsas parametrləri tapılmışdır. Onlar aşağıdakılardır: reduksiyanın müddəti (2 saat) və üzvi maddənin qatılığı. Müəyyən edilmişdir ki, reduksiya müddətinin 2 saatdan cox olması  effektivliyi azaldır. Buna səbəbi yüksək qatılıqlı  üzvi maddə Cr(VI) reduksiyasına inhibitor təsiri göstərməsidir. Bu 1) üzvi maddənin dəmir nanohissəciklərinin səthinə  adsorbsiyası hesabina baş verir və nəticə olaraq aktiv sahələrin azalmasına səbəb olur, 2) reduksiya məhsulları ilə üzvi maddənin reaksiyası, 3) saxarozanın maye fazada həll olması sayəsində hesabina baş verir. Aparılan araşdırmaların nəticəsi olaraq  torpaqda  Cr(VI)-un effektiv reduksiyasında  uzvi maddənin yüksək qatılığının  təyin  edilməsinin əhəmiyyəti müəyyən edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir

https://doi.org/10.32737/0005-2531-2019-2-11-14 

Açar sözlər : Feo nanohissəcikləri, üzvi maddə, Cr(VI) reduksiyası
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı