ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
ETANOLUN Zn–Ca–O KATALIZATORU ÜZƏRINDƏ ASETONA ÇEVRILMƏSININ MƏRHƏLƏLI SXEMI
N.N.Bağırova, V.L.bağıyev, S.M.Əliyeva, C.İ.Mirzai

 

Təqdim olunan işdə etanolun sink-kalsium oksid katalizatoru üzərində asetona çevrilməsinin mexanizmi tədqiq olunmuşdur. Müəyyən olunmuşdur ki, etanolun çevrilmə məhsulları aseton, asetaldehid, karbon 4-oksid və müxtəlif karbohidrogenlərdir. Asetonun alınma yollarını müəyyən etmək üçün etanolun sirkə turşusu ilə, asetaldehidin etilen ilə və etilasetatın sirkə turşusu ilə birgə çevrilməsi istiqamətində  bir sıra tədqiqatlar aparılmışdır. Göstərilmişdir ki, etanolun sirkə turşusu  ilə və asetaldehidin sirkə turşusulu ilə birgə çevrilməsi reaksiyalarında aseton az miqdarda əmələ gəlir. Asetonun ən çox miqdarı  asetaldehidin etilenlə qarşılıqlı  təsiri zamanı alınar. Belə nəticə çıxarılmışdır ki, etanolun asetona çevrilməsi asetaldehidetilen səth kompleksinin əmələ gəlməsi mərhələsindən keçməklə baş verir. Alınan  dəlillər əsasında etanolun asetona çevrilməsinin mərhələli sxemi təklif olunmuşdur

Açar sözlər :
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2024
MÜNDƏRİCAT
- KVANT KİMYƏVİ HESABLAMALARIN KATALİZDƏ ROLU: İCMALS.Ə.Cəbiyeva, N.A.Zeynalov, D.B.Tağıyev
- GÜNƏBAXAN JMIXININ PROTEAZI-PENDİR FERMENTASİYA PROSESLƏRİNİN PERSPEKTİV BİOKATALİZATORU: TƏCRİDİ, TƏMİZLƏNMƏSİ, XÜSUSİYYƏTLƏRİAmal Kaluş, Urida Ayssaui, V.V.VerxoturovDavamı