ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
n-ALİFATİK SPİRTLƏR ÜÇÜN XASSƏ–QURULUŞ ƏLAQƏLƏRİNİN TƏDQİQAT NƏTİCƏLƏRİ HAQQINDA
Ə.A.Həsənov, T.K.Daşdiyeva

Məqalədə n-alifatik spirtlər üçün (C1–C10, bəzi hallarda isə C1–C18) xassə-quruluş əlaqələrinin öyrənilməsi məqsədi ilə bir sıra fiziki (sıxlıq, qaynama temperaturu), reoloji (donma temperaturu, dinamiki özlülük) və kolloid-kimyəvi (səthi gərilmə; minimal səthi gərilmə və səth təzyiqi) xassələr tədqiq edilmişdir. Müvafiq korrelyasiya əlaqələrini əks etdirən analitik ifadələr təklif edilmişdir. Müəyyən edilmişdir ki, fiziki göstəricilərlə bağlı xassə-quruluş korrelyasiya əlaqələri monofunksional tipli, reoloji və kolloid-kimyəvi  xassələr üçün isə aşkar edilən asılılıqlar polifunksional xarakterli olmuşdur. Tədqiqat nəticələrinin neftçıxarmada mövcud olan bir sıra ekoloji və texnoloji problemlərin həllində istifadə edilən kompozisiyaların optimal tərkiblərinin işlənib hazırlanmasında perspektiv əhəmiyyəti qeyd edilmişdir. Bu baxımdan C5–C8  spirtlərdən akvatoriyaların neft təbəqələrindən təmizlənməsində istifadə edilən neftyığıcı kompozisiya tərkiblərində köməkçi səthi-fəal maddə (SFM) qismində istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir

Açar sözlər : n-alifatik spirtlər, xassə–quruluş əlaqələri, fiziki, reoloji və kolloid-kimyəvi xassələr, səthi-fəal maddələr
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№1 2025
MÜNDƏRİCAT
- RADİKALLI METAL KOMPLEKSLƏRİN REAKSİYA QABİLİYYƏTİƏ.Ə.Məcidov, R.H.Ismayılov, P.A.Fətullayeva, D.B.Tağıyev
- POLİMER EMALI ÜÇÜN BİR-PAKET STABİLİZATORLARININ İSTİFADƏSİNİN TEXNİKİ, ELMİ VƏ PRAKTİK ÜSTÜNLÜKLƏRİ PERSPEKTİVLƏRİB.Conson, K.Kek-Antuan, N.S.Allen, M. Edge, S.Hüseyn, E.B.ZeynalovDavamı