ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
НEODIMİUMUN(III) PENTAN-2,4-DİONUN AZOTÖRƏMƏLƏRİ İLƏ KOMPLEKSƏMƏLƏGƏTİRMƏSİ
R.Ə.Əliyeva, P.Q.Həsənov, S.İ.Əzimova, K.T.Mahmudov

 

Potensiometrik titrləmə metodu ilə neodiumun(III) pentan-2,4-dionun azotörəmələri – 3-(2-hidroksi-3-sulfo-5-nitrofenilhidrazo)pentan-2,4-dion (L1), 3-(2-hidroksi-3,5-disulfofenilhidrazo) pentan-2,4-dion (L2), 3-(2-hidroksi-3-sulfo-5-xlorfenilhidrazo)pentan-2,4-dion (L3), 3-(2-hidroksi-4-nitrofenilhidrazo)pentan-2,4-dion (L4) və 3-(2-hidroksifenilhidrazo)pentan-2,4-dion (L5)-lə əmələ gətirdiyi komplekslərin davamlılıq sabitləri təyin edilmişdir: L5>L4>L3>L2>L1. Spektrofotometrik metodla  neodimiumun(III) L1-3-lə kompleksəmələgətirməsi  tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, molekulun aromatik hissəsinə daxil edilmiş funksional qrupların mənfi induktiv effekti artdıqca kompleksəmələgəlmə reaksiyasının optimal şəraiti daha turş mühitə doğru sürüşür və onlar Nd:L=1:2 nisbətinə təsir etmir. Kompleksəmələgəlmə reaksiyasına kənar ionların və pərdələyici maddələrin təsiri öyrənilmişdir. Neodimiumun(III) dağ süxurlarında fotometrik təyini metodikası işlənilmişdir.

Açar sözlər :
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026
MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİN.Ş.Soltanova, Ü.M.Qurbanova, A.O.Zeynalova, D.M.Babanlı, R.Q.Hüseynova, Z.S.Səfərəliyeva, T.A.Əliyev, H.Ç.Əliyeva, D.B.Tağıyev
- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİA.M.Əliyev, G.A.Əli-zadə, M.Q.Əliyeva, A.A.Fətullayeva, A.R.Səfərov, Z.A.Şabanova, T.İ.Hüseynova, R.Y.AğayevaDavamı