NORBORNENİLMETANOL, TSİKLİK AMİNLƏR VƏ BENZALDEHİD ƏSASINDA MANNİX ƏSASLARININ SİNTEZİ VƏ ONLARIN MİKROB ƏLEYHİNƏ AKTİVLİYİ
Norbornenilmetanol, heterotsiklik aminlər və benzaldehid əsasında yeni norbornen tərkibli Mannix əsasları sintez edilmişdir. Alınan maddələrin fiziki-kimyəvi xassələri öyrənilmişdir. Sintez olunmuş maddələrin tərkib və quruluşu element analizi, İQ, 1H və 13C NMR spektroskopiya üsulları ilə təsdiq edilmişdir. Alınmış maddələrin müxtəlif mikroorqanizmlərə (qızılı stafilokok, göyyaşıl irin çöpləri, bağırsaq çöpləri, Kandida cinsli göbələklər) qarşı antimikrob aktivliyi öyrənilmişdir, həmçinin tədqiq olunan maddələrin bəzi yuxarıda geyd olunan mikroorqanizmlərə qarşı minimal inhibisiya konsentrasiyası və minimal mikrobosid konsentrasiyası təyin edilmişdir
https://doi.org/10.32737/0005-2531-2019-3-68-74
Açar sözlər : ditsiklopentadien, norbornenilmetanol, ikili aminlər, Mannix əsasları, antimikrob aktivlik
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№2 2026MÜNDƏRİCAT
- CdS NAZİK TƏBƏQƏLƏRİNİN QEYRİ-SULU ETİLENQLİKOL ELEKTROLİTİNDƏN ÇÖKMƏ ŞƏRAİTLƏRİNİN ONLARIN TƏRKİBİNƏ TƏSİRİ- MODİFİKASİYA EDİLMİŞ SEOLİT KATALİZATORU ÜZƏRİNDƏ PROPANNIN AŞAĞI MOLEKULLU KARBONİL BİRLƏŞMƏLƏRİNƏ PARSİAL OKSİDLƏŞMƏSİNİN KİNETİKASI VƏ MEXANİZMİDavamı








.png)