Bu məqalədə səthi-aktiv maddələrin neftdaşıyıcı laylarda adsorbsiya prosesi üçün izotermin qeyri-xətti oblastında kinetika və diffuziya əmsallarının tədqiqinin nəticələri verilmişdir. Bu parametrlər məhlulun süzülməsinin effektiv rejimlərinin seçilməsinə, adsorbsiya cəbhəsininn qatılıq nöqtələrinin hərəkət sürətinin qurulmasına, SAM qatılığının layın bərk və hərəkət edən fazalarında başlanğıc qatılıqdan və məhlul axınının sürətindən asılı olaraq uzununa və zamana görə paylanmasını idarə etməyə imkan verirlər. Məqalədə SAM – sulfonolun sulu məhluldan neftdaşıyıcı qumlarda adsorbsiya prosesinin riyazi modelinin parametrlərini təcrübi verilənlərin köməyi ilə təyin edən ədədi üsul verilmişdir. Burada kinetika və effektiv diffuziya əmsallarının məsaməli mühitdə sulfonolun qatılığından asılı olması nəzərə alınıb. Təcrübi verilənlərin və işlənib hazırlanmış metodikanın köməyi ilə kinetik və effektiv diffuziya əmsalları üçün empirik tənliklər alınmışdır. Təyin edilmişdir ki, bu əmsallar səthi-aktiv maddələrin qatılığından asılı olaraq böyük intervalda dəyişirlər. Tədqiqatların nəticəsində belə bir nəticə alınıb ki, SAM-ların neftdaşıyıcı və kvars qumlarında adsorbsiya prosesinin riyazi modelinin tənliklərinin əmsallarını təyin etmək üçün işlənib hazırlanmış metodika adsorbatın və adsorbtivin hesabi qiymətlərinin təcrübi verilənlərlə adekvatlığını təmin edir. Maksimal orta xəta 8%-dən çox deyil
https://doi.org/10.32737/0005-2531-2019-3-57-61