ISSN 0005-2531 (Print) ISSN 2522-1841 (Online)
İLKİN QATILAŞDIRMA YOLU İLƏ KADMİUMUN XELATƏMƏLƏGƏTİRİCİ POLİMER SORBENTLƏRLƏ AYRILMASI
E.H.Əliyev, F.N.Bəhmənova, S.Z.Həmidov, F.M.Çıraqov

 Malein anhidridinin stirol ilə sopolimerinin modifikasiyası yolu ilə tərkibində m-fenilendiamin (S1) və diaminobenzidin (S2) fraqmentlərini saxlayan iki xelatəmələgətirici sorbent sintez edilmişdir. İlk dəfə olaraq kadmiumun bu sorbentlərlə sorbsiya şəraiti tədqiq edilmişdir (pH=5, =6·10-2 mol/l, Vm.f.=20 ml, msorb.=0.05 q, ST=487 mq/q (S1 üçün) və ST=509 mq/q (S2 üçün)). Sorbsiya statik və dinamik şəraitdə öyrənilmişdir. Tədqiqatın nəticələri göstərdi ki, S1 və S2 sorbentlərinin maksimal sorbsiyası pH 5-də müşahidə olunur. Eyni zamanda metalın qatılığının sorbsiyaya təsiri də tədqiq edilmişdir. İşlənmiş metodika kadmiumun(II) Azərbaycan Respublikasının Qazax rayonunun Akstafa və Coqaz çaylarının suyundan ayrılması məqsədi ilə tətbiq edilib

https://doi.org/10.32737/0005-2531-2019-3-48-51

Açar sözlər : sopolimer, sorbent, m-fenilendiamin, diaminobenzidin, qatılaşdırma, kadmiumun təyini, desorbsiya, metodika
Məqaləyə baxın
QEYDİYYAT
JURNALIN SONUNCU SAYI
№3 2026
MÜNDƏRİCAT
- TURŞ ELEKTROLİTDƏN SÜRMƏ İONLARININ ELEKTROREDUKSİYA PROSESİNİN ÖYRƏNİLMƏSİN.A. Əliyeva Məmmədova, S.F. Cəfərova, S.P. Cavadova, Ş.A. İbrahimova, A.A. Əliyev, S.D. Dadaşova, M.F. Nəbiyeva, M.T.Abbasov, H.Ç. Əliyeva, D.B. Tağıyev
- AĞIR METALLARLA ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ ÜÇÜN QARPIZ QABIĞI ADSORBENTİ: RSM OPTİMALLAŞDIRILMASI ÜÇÜN GAUSSIAN PROSES REQRESSİYASIM. Abubakar, Y. A. Musti, I. U. Usman, U. Ç. Ulakpa, A. M. Abubakar, M. Al-HedrevyDavamı